https://news.day.az/azerinews/1710455.html
“Sabah” baş məşqçisinin adını açıqlayıb - FOTO
"Sabah" yeni baş məşqçi təyinatı gerçəkləşib. Klubdan İdman.biz-ə verilən məlumata görə, rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.
“Sabah” baş məşqçisinin adını açıqlayıb - FOTO

"Sabah" yeni baş məşqçi təyinatı gerçəkləşib.
Klubdan İdman.biz-ə verilən məlumata görə, rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.
Gənc mütəxəssis daha öncə Niderlandın "Vitess" (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), "Krasnodar" (2021-2022), həmçinin Çinin "Şanxay Şenxua" (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).
Berezutski futbolçu kimi Rusiyanın "Torpedo-ZİL" və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).
Qeyd edək ki, Berezutski bu postda Krunoslav Renduliçi əvəzləyib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре