İlin birinci yarısında 33 başçəkmə həyata keçirilib

Cari ilin yanvar-iyun ayı ərzində 33 başçəkmə (11 saxlanma məntəqəsində) məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün həyata keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin jurnalistlər üçün keçirdiyi məlumat sessiyasında bildirilib.

Qeyd edilib ki, 1,223 psixoloji dəstək seansı BQXK-nın dəstək göstərdiyi, psixi sağlamlıq sahəsində çalışan yerli mütəxəssislər tərəfindən Yaxın Şərqdən repatriasiya olunmuş 99 uşaq və onların himayəçiləri üçün keçirilib.

"BQXK Komandası üç rayonda repatriasiya olunmuş uşaqlar və qadınlar üçün 18 psixi sağlamlıq qiymətləndirməsi həyata keçirib.

34 fərdi seans psixi sağlamlıq sahəsində çalışan mütəxəssislər tərəfindən mina insidentlərinin təsirinə məruz qalmış 7 nəfər üçün təşkil edilib. BQXK-nın əməkdaşları mina qurbanları üçün 11 psixi sağlamlıq və psixososial dəstək qiymətləndirməsi aparıb",- deyə bildirilib.