Samir Şərifova yeni vəzifələr verilib

"Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında" 6 oktyabr 2016-cı il tarixli fərmanında dəyişiklik edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına sədrlik edən Baş nazirin müavini Əli Əhmədovu Baş nazirin digər müavini Samir Şərifov əvəzləyib.

Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında 6 yanvar 1995-ci il tarixli sərəncamda dəyişiklik edilib.

Dövlət Komissiyasının sədri Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və Komissiyanın Katibliyi yaradılıb.

Komissiyanın sədri Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.