Azərbaycan və Türkiyə qardaş ölkədir - Birol Akgün
![Azərbaycan və Türkiyə qardaş ölkədir](https://img.day.az/2025/02/13/800x550/trend_birol_akgun_130225_4.jpg)
Azərbaycan və Türkiyə qardaş ölkədir. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.
Day.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycanda yeni təyin olunan səfiri Birol Akgün bu gün Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyev və Qafqaz İslam Ordusunun komandiri olan Nuru Paşa və şəhidlərimizin mənəvi hüzurunda olmaqdan qürur duyur:
"Şəhidlərimizi rəhmətlə anıram. Türkiyə və Azərbaycan çətin günlərdə bərabər olublar. İkinci Qarabağ müharibəsində hadisələri Türkiyədən yaxından izlədik. Bundan əlavə, 6 fevral zəlzələsində qardaşlarımızın yardımsevərliyini unutmyacağıq.
Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin güclü liderlikləri və qardaşlığı ilə müttəfiqliyimizi daha da gücləndirəcəyik", - o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре