Bakıda bu küçə “avtomobil qəbiristanlığı”nı xatırladır - VİDEO

Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 17/51 ünvanı "avtomobil qəbiristanlığı"nı xatırladır.
Day.Az xəbər verir ki, həmin ünvanda yerləşən yaşayış binalarının həyətinə vaxtilə taksidə sürülən, avtomobil icarəsi şirkətlərinə məxsus maşınlar atılıb.
Sakinlər deyirlər ki, bu avtomobillərin əksəriyyəti hansısa avtomobil kirayəsi ilə məşğul olan şirkətlərə məxsusdur. Məlumyata görə, həmin şirkət əməkdaşları uzun müddətdir ki, ofisi bağlayıb, avtomobilləri isə burada tərk edərək gediblər. Bu avtomobillərin hansı şirkətə, kimlərə məxsus olduğu hələlik bəlli deyil. Sakinlərin istəyi aidiyəti qurumların mövcud problemə reaksiya verməsi və bu ürəkbulandırıcı mənzərənin aradan qaldırılmasıdır.
Bakı Şəhər Dövlət Yol Polisindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşların müraciəti əsasında həmin ərazidə tədbir görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре