Azərbaycan ilə Çin arasında "Bir kəmər, bir yol" təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı imzalanıb

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "Bir kəmər, bir yol" təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı"nı imzalanıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəd Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıblar.