Suriya hökuməti silahlı qrupların müdafiə sisteminə inteqrasiyasını elan edib

Suriya hakimiyyəti ölkədəki müxtəlif silahlı qrupların milli müdafiə sisteminə inteqrasiya olunduğunu rəsmən elan edib.
Day.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Suriya hökumətinin müdafiə məsələləri üzrə rəisi Murhaf Əbu Qəsrə açıqlama verib.
Onun sözlərinə görə, bu addım silahlı qruplaşmaların mərkəzləşdirilmiş komandanlıq altında birləşdirilməsi məqsədilə aylarla aparılan koordinasiyalı səylərin nəticəsidir.
"Suriya azad edildikdən sonra dərhal bütün hərbi hissələrin vahid institusional struktura inteqrasiyası üzərində işləməyə başladıq. Bu gün fəxrlə bildiririk ki, artıq bütün bölmələr Müdafiə Nazirliyinə birləşdirilib", - deyə Əbu Qəsrə bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре