https://news.day.az/azerinews/1754561.html Xorvatiya Azərbaycandan neft alışını 2,5 dəfə artırıb Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Xorvatiyaya 238,7 milyon ABŞ dolları dəyərində 428,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub. Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Xorvatiya Azərbaycandan neft alışını 2,5 dəfə artırıb

Azərbaycanca, 21 мая 2025 18:04 (UTC +04:00) 437
Xorvatiya Azərbaycandan neft alışını 2,5 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Xorvatiyaya 238,7 milyon ABŞ dolları dəyərində 428,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 125 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm ifadəsində isə 259,9 min ton və ya 2,5 dəfə çoxdur.

 

Dövr ərzində Xorvatiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

 
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости