https://news.day.az/azerinews/1755031.html Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub - FOTO Mayın 23-də doğma yurduna yola salınan köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub - FOTO

Azərbaycanca, 23 мая 2025 14:33 (UTC +04:00) 367
Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub

Mayın 23-də doğma yurduna yola salınan köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

  • Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости