https://news.day.az/azerinews/1760266.html
Azad edilmiş iki rayonda mərkəzi xəstəxanalar tikiləcək
Azərbaycanın azad edilmiş iki rayonunda - Laçın və Kəlbəcərdə mərkəzi xəstəxanalar tikiləcək. Day.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.
Azad edilmiş iki rayonda mərkəzi xəstəxanalar tikiləcək

Azərbaycanın azad edilmiş iki rayonunda - Laçın və Kəlbəcərdə mərkəzi xəstəxanalar tikiləcək.
Day.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.
Qurum hər iki rayonda tikiləcək xəstəxanaların layihə-smeta sənədlərinin hazırlanması işlərini "İba Group" MMC-yə həvalə edib və müqavilə bağlayıb.
Müqavilələrə əsasən, şirkətə 1 191 500 manat ödənilib.
Xəstəxanaların tikintisi ilə bağlı layihə-smeta sənədlərini hazırlayacaq "İba Group" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Bəylərov İlqar Xıdır oğludur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре