https://news.day.az/azerinews/1775012.html
İspaniyada istilər nəticəsində 2600-dən çox insan ölüb
İspaniyada istilər 2600-dən çox insanın həyatına son qoyub. Day.Az xəbər verir ki, mayın 15-dən avqustun 18-dək ölkədə yüksək temperatur səbəbindən 2635 vaxtından əvvəl ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.
İspaniyada istilər nəticəsində 2600-dən çox insan ölüb

İspaniyada istilər 2600-dən çox insanın həyatına son qoyub.
Day.Az xəbər verir ki, mayın 15-dən avqustun 18-dək ölkədə yüksək temperatur səbəbindən 2635 vaxtından əvvəl ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.
Ölüm hadisələrinin təxminən yarısı - 1149 nəfər - avqustun 3-dən 18-dək davam edən isti günlərdə baş verib.
Məlumata görə, istilərdən dünyasını dəyişənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Ölənlərdən 1579 nəfəri qadın, 1056 nəfəri isə kişidir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре