https://news.day.az/azerinews/1776810.html Bu tədris ilində yeni dərsliklər istifadəyə veriləcək - FOTO Yeni tədris ilində ümumtəhsil müəssisələrində Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan yeni dərsliklər tədris olunacaq. Day.Az xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.

Bu tədris ilində yeni dərsliklər istifadəyə veriləcək - FOTO

Azərbaycanca, 28 августа 2025 18:24 (UTC +04:00) 452
Bu tədris ilində yeni dərsliklər istifadəyə veriləcək

Yeni tədris ilində ümumtəhsil müəssisələrində Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan yeni dərsliklər tədris olunacaq.

Day.Az xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.

Bildirilib ki, ARTİ tərəfindən hazırlanan bu dərsliklər ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim yanaşmalarının tətbiqi və şagirdlərin biliklərinin daha sistemli formalaşdırılması məqsədini daşıyır.

2025-2026 -cı tədris ilində istifadəyə veriləcək yeni dərsliklər:

8-ci sinif - Kimya, Fizika, Biologiya (Azərbaycan və rus bölməsi üçün)
7-ci sinif - Coğrafiya (Azərbaycan və rus bölməsi üçün)
6-cı sinif - Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili)
3-cü sinif - Həyat bilgisi (azərbaycan və rus bölməsi üçün)

Yeni kurikulumlar əsasında yeni dərsliklərin hazırlanması prosesi bu il də davam edir.

Yeni kurikulumlar əsasında hazırlanan aşağıdakı dərsliklər ilkin sınaq məqsədilə pilot siniflərdə istifadəyə veriləcək:

9-cu sinif - Kimya, Fizika, Biologiya, Coğrafiya
8-ci sinif - Coğrafiya, Riyaziyyat, Azərbaycan dili (tədris dili)
7-ci sinif - Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili),
4-cü sinif - Həyat bilgisi

Qeyd edək ki, bu ildən etibarən tədrisi digər dillərdə aparılan 5-ci və 6-cı siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək.

  • Bu tədris ilində yeni dərsliklər istifadəyə veriləcək
  • Bu tədris ilində yeni dərsliklər istifadəyə veriləcək
  • Bu tədris ilində yeni dərsliklər istifadəyə veriləcək
  • Bu tədris ilində yeni dərsliklər istifadəyə veriləcək
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости