https://news.day.az/azerinews/1779508.html
Milli Məclisdə əhalinin məşğulluğunun artırılması məsələsi müzakirə ediləcək
Milli Məclisdə "Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda dinləmə keçiriləcək. Day.Az xəbər verir ki, bu məsələ parlamentin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.
Milli Məclisdə əhalinin məşğulluğunun artırılması məsələsi müzakirə ediləcək

Milli Məclisdə "Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda dinləmə keçiriləcək.
Day.Az xəbər verir ki, bu məsələ parlamentin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.
İctimai dinləmə payız sessiyası müddətində Sosial qanunvericilik şöbəsi ilə Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin cavabdehliyində baş tutacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре