AYİB-in istiqraz emissiyası kapital bazarında dərinləşməyə xidmət edir - Ruslan Xəlilov
 
                                
                                Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) istiqraz emissiyasından sonra kapital bazarı iştirakçıları arasında ilkin svap əməliyyatlarına başlanılmasını gözləmək lazımdır.
Day.Az xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov istiqrazların yerləşdirilməsi ilə bağlı "Açılış Zəngi" tədbirində bildirib.
O qeyd edib ki, Azərbaycanda ilk dəfə baş tutan dəyişkən faizli istiqraz emissiyası kapital bazarının dərinləşməsinə xidmət edir:
"İnanıram ki, bu emissiyaa bazarda ilkin törəmə maliyyə alətlərinin fundamenti olacaq. Ən azından bazar iştirakçıları arasında svap əməliyyatlarını gözləyirəm. Həmçinin emissiya likvidliyi və bazar aktivliyini dəstəkləyəcək".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре
