https://news.day.az/azerinews/1802538.html
Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişib
Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verəcəyi tarixdə dəyişiklik ediləcək. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Konstitusiya Qanunu imzalayıb.
Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişib
Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verəcəyi tarixdə dəyişiklik ediləcək.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Konstitusiya Qanunu imzalayıb.
Mövcud qanunvericiliyə görə, Nazirlər Kabineti hər il Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.
Layihəyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.
Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре