Azərbaycanla BƏƏ arasında ilin sonuna kimi iqtisadi əməkdaşlıq müqaviləsinin ratifikasiya olunması gözlənilir
 
                                
                                Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ilin sonuna kimi iqtisadi əməkdaşlıq müqaviləsinin ratifikasiya olunması gözlənilir.
Day.Az xəbər verir ki, bunu Dubay Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi Sənan Nəsibli "Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyasının Təşviqi" seminarında çıxışı zamanı deyib.
S.Nəsibli qeyd edib ki, BƏƏ 27 ölkəylə hərtərəfli iqtisadi əməkdaşlıq müqaviləsi bağlayıb.
"Bunların arasında Azərbaycan da var. Bu müqavilələrdən artıq 9-u ratifikasiya olunub. Azərbaycanla müqavilə isə bu ilin sonuna ratifikasiya olunması gözlənilir. Bu da ölkələrimiz arasında əməkdaşlığın daha dinamik olmasına və genişlənməsinə təkan verir."
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре
