Özbəkistan Türk İnvestisiya Fondunun genişləndirilməsini dəstəkləyir - Şavkat Mirziyoyev
 
                                
                                Biz Türk İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsini dəstəkləyirik.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bildirib.
"Bundan əlavə, prioritet layihələrə əlavə vəsaitlərin cəlb olunması məqsədilə İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq və milli inkişaf maliyyə institutları ilə strateji əməkdaşlıq proqramının qəbul edilməsini təklif edirik",- deyə dövlət başçısı əlavə edib.
Prezident eyni zamanda ölkələr arasında davamlı inkişafının mühüm sürətləndirici amilləri kimi süni intellekt, rəqəmsallaşma və kreativ iqtisadiyyat sahələrini vurğulayıb.
"Bu istiqamətlərdə səylərimizi birləşdirmək üçün süni intellekt və kreativ iqtisadiyyat sahəsində layihələrin icrası üzrə 'Yol Xəritəsi'nin qəbul edilməsini təklif edirik",- deyə Şavkat Mirziyoyev yekunlaşdırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре
