https://news.day.az/azerinews/1787711.html İran və Rusiya ilə gömrük əməliyyatlarının sadələşdirilməsi prioritetdir – Şahin Mustafayev Nəqliyyat sahəsində həyata keçirdiyimiz tədbirlər gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini zəruri edir.

İran və Rusiya ilə gömrük əməliyyatlarının sadələşdirilməsi prioritetdir – Şahin Mustafayev

Azərbaycanca, 13 октября 2025 10:56 (UTC +04:00) 319
İran və Rusiya ilə gömrük əməliyyatlarının sadələşdirilməsi prioritetdir

Nəqliyyat sahəsində həyata keçirdiyimiz tədbirlər gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini zəruri edir.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

Baş nazirin müavini vurğulayıb ki, bu kontekstdə gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq sahələri sırasındadır.

Odur ki, bugünkü üçtərəfli görüşümüz bütün bu aktual məsələlərin müzakirəsinə həsr olunacaq. Əminik ki, aparacağımız danışıqlar və qəbul edəcəyimiz qərarlar əməkdaşlığımızın müvafiq sahələrdə daha da möhkəmlənməsinə töhfə verməklə, hər üç ölkə üçün və ümumilikdə regionumuz üçün faydalı olacaq", - deyə Şahin Mustafayev çıxışını yekunlaşdırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости