https://news.day.az/azerinews/1788583.html Azərbaycan Çinlə mərkəzi banklar və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

Azərbaycan Çinlə mərkəzi banklar və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycanca, 16 октября 2025 15:05 (UTC +04:00) 363
Azərbaycan Çinlə mərkəzi banklar və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

"ABŞ-nin Vaşinqton şəhərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşdük.

Görüşdə ikitərəfli əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə etdik və ötən ay imzalanmış Anlaşma Memorandumunun qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi ilə bağlı əminliyimizi vurğuladıq. Görüşdə həmçinin hər iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi, maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində təcrübə və məlumat mübadilələrinin keçirilməsi, həmçinin birgə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcək fəaliyyətlərin əhəmiyyətindən danışdıq",- deyə paylaşımda qeyd edilib.

  • Azərbaycan Çinlə mərkəzi banklar və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
  • Azərbaycan Çinlə mərkəzi banklar və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
  • Azərbaycan Çinlə mərkəzi banklar və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
  • Azərbaycan Çinlə mərkəzi banklar və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости