https://news.day.az/azerinews/1789089.html ASCO gəmilərinin iştirakı ilə “Neptun” qurğusunun yedəklənməsi əməliyyatı başlayıb AZCON Holding şirkətlərindən olan ASCO gəmilərinin iştirakı ilə 18 oktyabr tarixində "Neptun" özüqalxan qazma qurğusunun dənizdə fəaliyyət göstərəcəyi sahəyə - "Ümid" platforması ərazisinə yedəklənməsi əməliyyatı başlayıb.

ASCO gəmilərinin iştirakı ilə “Neptun” qurğusunun yedəklənməsi əməliyyatı başlayıb

Azərbaycanca, 18 октября 2025 13:28 (UTC +04:00) 358
ASCO gəmilərinin iştirakı ilə “Neptun” qurğusunun yedəklənməsi əməliyyatı başlayıb

AZCON Holding şirkətlərindən olan ASCO gəmilərinin iştirakı ilə 18 oktyabr tarixində "Neptun" özüqalxan qazma qurğusunun dənizdə fəaliyyət göstərəcəyi sahəyə - "Ümid" platforması ərazisinə yedəklənməsi əməliyyatı başlayıb.

Day.Az xəbər verir ki, yedəkləmə əməliyyatında ASCO-nun "Mərdəkan", "Zirə" və "Andoqa" təchizat-yedək gəmiləri iştirak edirlər.

Xatırladaq ki, "Neptun" özüqalxan qazma qurğusu bu ilin iyun ayında modifikasiya işləri üçün ASCO-nun gəmilərinin dəstəyi ilə Xəzərin Türkmənistan sektorundan ölkəmizə gətirilmişdi. Həmin əməliyyat "Hövsan", "Hövsan-2", "SOCAR-1", "Andoqa", "Şüvəlan" və "Mərdəkan" gəmilərinin iştirakı ilə həyata keçirilmişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости