https://news.day.az/azerinews/1790294.html 2026-cı ildə Azərbaycanda illik inflyasiya göstəricisi ilə bağlı proqnozlar açıqlandı İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2025-ci ildə 5,4 faiz, 2026-cı ildə 4,8 faiz, 2027-2029-cu illərdə isə illik orta hesabla 4,3 faiz səviyyəsində proqnozlaşdırılıb.

2026-cı ildə Azərbaycanda illik inflyasiya göstəricisi ilə bağlı proqnozlar açıqlandı

Azərbaycanca, 23 октября 2025 16:18 (UTC +04:00) 566
2026-cı ildə Azərbaycanda illik inflyasiya göstəricisi ilə bağlı proqnozlar açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2025-ci ildə 5,4 faiz, 2026-cı ildə 4,8 faiz, 2027-2029-cu illərdə isə illik orta hesabla 4,3 faiz səviyyəsində proqnozlaşdırılıb.

Day.Az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, bu göstərici dünya üzrə əmtəə, xüsusilə də ərzaq məhsullarının qiymətlərinin nisbətən azalması və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınmaqla proqnozlaşdırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости