https://news.day.az/azerinews/1790308.html 2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına veriləcək müavinətlərin proqnozu məlum olub 2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 203,57 mln. manat məbləğində nəzərdə tutulur. Day.Az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına veriləcək müavinətlərin proqnozu məlum olub

Azərbaycanca, 23 октября 2025 16:51 (UTC +04:00) 418
2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına veriləcək müavinətlərin proqnozu məlum olub

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 203,57 mln. manat məbləğində nəzərdə tutulur.

Day.Az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, bu, 2025-ci ilin təsdiq edilmiş proqnozunu 2,60 faiz və ya 5,16 mln. manat üstələyib.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinət növlərində birbaşa əməkhaqqı və əsas elementlərdən biri olaraq gəlir nəzərə alındığından bu müavinət növləri üzrə proqnoz göstəricilərinin müəyyən olunması zamanı işçilərin gözlənilən orta aylıq əməkhaqqı artım templəri üzrə subekonometrik hesablamalar aparılıb.

Digər müavinət növləri üzrə isə hesablamalarda sığortaolunanların dəyişmə dinamikası əsas götürülməklə proqnozlaşdırma aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости