https://news.day.az/azerinews/1790348.html SOFAZ aktivlərin idarə edilməsində "sakit inqilab" keçirir Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) aktivlərin idarə edilməsində "sakit inqilab" keçirir. Trend xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı iqtisadçı-ekspert İnqilab Əhmədov öz sosial şəbəkə hesabında yazıb.

SOFAZ aktivlərin idarə edilməsində "sakit inqilab" keçirir

Azərbaycanca, 23 октября 2025 19:05 (UTC +04:00) 400
SOFAZ aktivlərin idarə edilməsində "sakit inqilab" keçirir

Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) aktivlərin idarə edilməsində "sakit inqilab" keçirir.

Trend xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı iqtisadçı-ekspert İnqilab Əhmədov öz sosial şəbəkə hesabında yazıb.

İqtisadçı, son 5 ildə Fondun investisiya portfelini tamamilə dəyişərək daha çevik və gəlirli alətlərə üstünlük verdiyini qeyd edir.

"Əgər 2020-ci ildə Fondun əsas aktivləri sabit gəlirli alətlər idisə (63,8%), 2025-ci ilin doqquz ayının məlumatına görə, bu investisiyanın xüsusi çəkisi 29,1% azalaraq 34,7% olub", -deyə o yazır.

Onun sözlərinə görə, qızılın payı 18,6% artaraq 32,8%-ə, səhmlərin payı isə 9,9% artaraq 25,8%-ə çatıb və demək olar ki, birinci ilə müqayisə oluna biləcək səviyyəyədədir.

"Ən əsası odur ki, bu dəyişiklik Fondun əsas gəlir mənbəyi olan neft-qaz gəlirlərinin azalması fonunda baş verir. Məhz bu siyasətin nəticəsidir ki, Fondun əsas gəlir mənbəyinin azalmasına baxmayaraq, onun aktivlərində sürətli artım müşahidə edilir".

Xatırladaq ki, bu yaxınlarda açıqlanan 2025-ci ilin ilk doqquz ayının məlumatlarına əsasən, Fond tarixdə ilk dəfə olaraq 70 milyard dollarlıq aktivlərlə əvvəlki rekordunu qırıb.

SOFAZ aktivlərin idarə edilməsində "sakit inqilab" keçirir

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости