https://news.day.az/azerinews/1790431.html Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcək? - AÇIQLAMA - VİDEO Gələn ildən fiziki şəxslərin gəlir vergisi ilə bağlı mövcud güzəştlərin müddəti başa çatacaq. 2026-cı ilin yanvar ayından etibarən vətəndaşların əməkhaqlarından yeni vergi dərəcələrinin tətbiqinə başlanacaq. Hazırlanan layihəyə görə, aylıq əməkhaqqısı 2500 manata qədər olan şəxslər üçün gəlir vergisi 3 faiz təşkil edəcək.

Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcək? - AÇIQLAMA - VİDEO

Azərbaycanca, 24 октября 2025 09:21 (UTC +04:00) 429
Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcək?

Gələn ildən fiziki şəxslərin gəlir vergisi ilə bağlı mövcud güzəştlərin müddəti başa çatacaq. 2026-cı ilin yanvar ayından etibarən vətəndaşların əməkhaqlarından yeni vergi dərəcələrinin tətbiqinə başlanacaq. Hazırlanan layihəyə görə, aylıq əməkhaqqısı 2500 manata qədər olan şəxslər üçün gəlir vergisi 3 faiz təşkil edəcək.

Day.Az-ın Xəzər TV-yə istinadən xəbər verir ki, əgər əməkhaqqı 2500 manatdan artıq, lakin 8000 manatdan azdırsa, bu halda 10 faiz vergi tutulacaq. 8000 manatdan yuxarı əməkhaqqı alanlar isə 14 faiz gəlir vergisi ödəyəcəklər.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, gələcək illərdə bu vergi dərəcələri mərhələli şəkildə artırılacaq. Belə ki, 2027-ci ildə vergi faizi 5 faizə, 2028-ci ildə isə 7 faizə yüksələcək.

Deputat həmçinin qeyd edib ki, bu dəyişikliklərin işçilərin real əməkhaqqına təsir edib-etməməsi müəssisə rəhbərlərinin qərarından asılı olacaq.

Mövzu ilə bağlı ətraflı videomaterial:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости