1000 manat alanın maaşından 30 AZN vergi tutulacaq? - İZAH
Son dövrlərdə Vergilər Məcəlləsində edilən dəyişikliklər, xüsusilə də özəl sektorda 2500 manata qədər olan maaşlardan 3 faiz vergi tutulması geniş müzakirələrə səbəb olub.
Day.Az xəbər verir ki, iqtisadçı-ekspert Eyyub Kərimli bu məsələyə dair öz fikirlərini bildirib.
Ekspert, bəzi KİV-lərdə 1000 manat maaş alan şəxslərdən 30 manat vergi tutulacağı barədə yayılan məlumatların doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, dəyişiklik, Vergilər Məcəlləsinin 102.1.6 maddəsinin yenidən tətbiqini nəzərdə tutur.
"Bu maddəyə əsasən, fiziki şəxslərin gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azaddır. Yəni, 1000 manat maaş alan şəxs 30 manat deyil, yalnız 24 manat vergi ödəyəcək. Hesablama belə aparılır: 1000 manat - 200 manat = 800 manat × 3% = 24 manat. Bu, ödənilən verginin 6 manat azalmasına gətirib çıxarır. 2500 manat maaş alan şəxs isə 75 manat yox, 69 manat vergi ödəyəcək", - deyə Kərimli qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре