Bakıya daha 30 avtobus GƏTİRİLDİ – RƏSMİ
Ötən ay 30-a yaxın yeni avtobus daşıyıcılar tərəfindən paytaxta gətirilərək xətlər üzrə yenilənib.
Day.Az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məlumat verilib. Məlumatda bildirilir ki, avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir. İl ərzində isə Bakıya 220-dən artıq avtobus gətirilib. İlin sonuna kimi bu rəqəmin 400-ə yaxın olması planlaşdırılıb.
Ölkə üzrə il ərzində ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu, həm şəhərdaxili, həm rayondaxili, həm də şəhərlərarası avtobuslara aiddir.
AYNA-nın məlumatında qeyd edilir ki, bütün bunlar ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре