https://news.day.az/azerinews/1800365.html Qoyun otararkən ehtiyatsızlıqdan özünü güllələdi Qax rayonunda qoyun otaran kişi özünü güllələyib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Baydarlı kəndi ərazisində baş verib. 46 yaşlı kənd sakini Rasim Amin oğlu Məmmədov kənd ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

Qoyun otararkən ehtiyatsızlıqdan özünü güllələdi

Azərbaycanca, 6 декабря 2025 13:57 (UTC +04:00) 350
Qoyun otararkən ehtiyatsızlıqdan özünü güllələdi

Qax rayonunda qoyun otaran kişi özünü güllələyib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Baydarlı kəndi ərazisində baş verib.

46 yaşlı kənd sakini Rasim Amin oğlu Məmmədov kənd ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən R.Məmmədovun vəziyyəti qənaətbəxşdir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости