https://news.day.az/azerinews/1801672.html "6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...” - VİDEO İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsini su basıb. Day.Az xəbər verir ki, bununla bağlı sakinlər və sürücülər AzTV-yə müraciət ediblər. Sürücülərdən biri qeyd edib ki, bu vəziyyət 6-7 ildir, eynidir: "Hər il qışda bu əziyyəti çəkirik. Qonşuların evi dəfələrlə su altında qalıb".

"6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...” - VİDEO

Azərbaycanca, 11 декабря 2025 15:57 (UTC +04:00) 331
"6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...”

İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsini su basıb.

Day.Az xəbər verir ki, bununla bağlı sakinlər və sürücülər AzTV-yə müraciət ediblər.

Sürücülərdən biri qeyd edib ki, bu vəziyyət 6-7 ildir, eynidir: "Hər il qışda bu əziyyəti çəkirik. Qonşuların evi dəfələrlə su altında qalıb".

Digər vətəndaşın sözlərinə görə, bu yolu hər gün getdiklərindən maşınlarında problem yaranır: "Yolda kanalizasiya sistemi işləmir. Ona görə də yol bərbad vəziyyətdədir".

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda tullantı su şəbəkəsinin yenilənməsi layihəsi hazırlanıb: "İşlərə başlanılması məqsədilə müvafiq qurumlara müraciət olunub. Onlardan müsbət cavab alındqdan sonra layihənin icrası reallaşdırılacaq".

Ətraflı videomaterialda:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости