Güllünün qızının saxlanılmadan əvvəl göndərdiyi diqqətçəkən mesaj

Türkiyənin Yalova şəhərində məşhur müğənni Güllünün (Gül Tut) ölümü ilə bağlı aparılan istintaq çərçivəsində onun qızı Tuğyan Ülkəm Gülter, dostu Sultan Nur Ulu və daha iki nəfər saxlanılıb.

Day.Az xəbər verir ki, Prokurorluq hadisəni qəsdən adam öldürmə işi kimi araşdırır.

İstintaq materiallarına əlavə edilən məlumatlara əsasən, saxlanılmadan əvvəl Tuğyan Ülkəm Gülterin tanışı Çiğdem D.E.-yə göndərdiyi mesajlar üzə çıxıb. Mesajlarda Gülter "Çamadanları götürüb yenidən Yalovaya qayıdacağam" yazıb. Gülterin qaldığı evin sahibi T.Y. də dostuna Tuğyanın Yalovaya qayıtmaqda israrlı olduğunu bildirmişdi.

Bu yazışmalar istintaqa daxil edildikdən sonra saxlanılanların sayı 5-ə çatıb. Gülter və Sultan Nur Ulunun atası Arif Ulu əsas şübhəlilərdən biri kimi tutulub. Arif Ulunun daha əvvəl müxtəlif cinayətlər üzrə qeydiyyatda olduğu açıqlanıb. İstanbulda olduqları müəyyən edilən digər iki nəfər də nəzarətə götürülüb. Prokurorluq iş üzrə gizlilik qərarının qüvvədə olduğunu bildirir.

Qeyd edək ki, dünən üzə çıxan yeni detallar həmçinin mənzildəki kamera səs yazılarının xüsusi üsullarla təmizləndiyini göstərirdi. Ekspertiza zamanı Güllünün pəncərədən itələnmədən əvvəl "İndi səni atacağam" sözlərinin eşidildiyi, bu ifadənin Tuğyan Ülkəm Gülterə aid olduğu iddia olunurdu. Qadın pəncərədən düşdükdən sonra isə "Hadi, görüşərik, bay-bay" sözləri qeydə alınmışdı.

Elxan Əliyev
Day.Az