Belarus Qarabağın bərpası layihələrində iştirak edir

Belarus Qarabağın bərpası üzrə birgə layihələrdə fəal iştirak edir.

Trend xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Pineviçin sözlərinə görə, il ərzində o, dəfələrlə Azərbaycanın müxtəlif regionlarında olub.

"Bu il ərzində bir neçə dəfə Gəncədə olmuşam, yeddi dəfə Qarabağa səfər etmişəm, həmçinin Şahdağda, Qusarda, Qubada, Xaçmazda, Lənkəranda, Şəkidə, Şamaxıda və Qobustanda olmuşam. Azərbaycanın hər guşəsinin özünəməxsusluğu və gözəlliyi heyranedicidir. Planlarımda mütləq Naxçıvana səfər etmək də var", - deyə səfir qeyd edib.

O, həmçinin vurğulayıb ki, Belarus Azərbaycanın ərazisində ikitərəfli layihələrin həyata keçirilməsində maraqlıdır.

"Fəaliyyət istiqamətimiz ondan ibarətdir ki, xalq təsərrüfatının hər bir sahəsində və Azərbaycanın hər bir regionunda ikitərəfli layihələr - sənaye, tarixi, mədəni və ya digər sahələr üzrə layihələr reallaşdırılsın", - deyə Dmitri Pineviç bildirib.