https://news.day.az/azerinews/1804063.html
Cənubi Afrikada atışma - 10 ölü, 10 yaralı
Cənubi Afrikada silahlı insident faciə ilə nəticələnib. Yohannesburq şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində baş verən atışma nəticəsində 10 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Milli.Az-ın məlumatına görə, bu barədə "Agence France-Presse" yerli polisə istinadən xəbər yayıb.
Cənubi Afrikada atışma - 10 ölü, 10 yaralı
Cənubi Afrikada silahlı insident faciə ilə nəticələnib.
Yohannesburq şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində baş verən atışma nəticəsində 10 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Milli.Az-ın məlumatına görə, bu barədə "Agence France-Presse" yerli polisə istinadən xəbər yayıb.
Polisin açıqlamasında bildirilib ki, naməlum silahlı şəxs kənd ərazisində insanlara atəş açıb. Hücumun hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре