Milli kino fondu, dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq

Milli kino fondunun, dövlət televiziya və radio arxivlərinin tam rəqəmsallaşdırılacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda öz əksini tapıb.

Belə ki, 2026-2030-cu illərdə icraçıların, metodologiyanın və fəaliyyət planının müəyyən edilməsi, Milli kino fondunun azı 60 faizinin, dövlət televiziya və radio arxivlərinin hər birinin azı 50 faizinin rəqəmsallaşdırılması, Milli kino fondunun, dövlət televiziya və radio arxivlərinin tam rəqəmsallaşdırılması planlaşdırılır.