2003–2023-cü illərdə ölkəyə qaytarılan eksponatların sayı məlum olub
2003-2023-cü illər ərzində ölkədə fəaliyyət göstərən muzey və qalereyalarda 42 700-dən artıq sərgi təşkil olunub, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb, 20 085 eksponat bərpa edilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda öz əksini tapıb.
Sənəddə həmçinin qeyd edilib ki, Azərbaycanın 4 mədəni və təbii irsi - Qobustan qaya sənəti mədəni landşaftı (2007-ci il), Xan sarayı ilə Şəki şəhərinin tarixi mərkəzi (2019-cu il), Hirkan meşələri (2023-cü il) və Xınalıq Köç yolu (2023-cü il) UNESCO-nun "Dünya irsi siyahısı"na daxil edilib, bununla da həmin siyahıda Azərbaycanın mədəni və təbii irsinin sayı 5 olub. Bakı şəhəri (2017-ci il), Şəki şəhəri (2018-ci il) və Lənkəran şəhəri (2019-cu il) UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə daxil edilib.
Azərbaycanın 24 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"nda (22 nümunə) və "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"nda (2 nümunə) yer alıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре