https://news.day.az/azerinews/1812152.html Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gəlib. Bu barədə Day.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO

Azərbaycanca, 27 января 2026 09:41 (UTC +04:00) 460
Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gəlib.

Bu barədə Day.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş, Federal Milli Şuranın sədr müavini və ADPA-nın Qadın Parlament Forumunun sədri Məryam bin Thaneya, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın ADPA-nın Qadın Parlament Forumunun sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

  • Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
  • Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
  • Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
  • Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости