Daha bir ölkə uşaqlara sosial şəbəkələri qadağan etməyə hazırlaşır

Moldovada 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması təklif edilib.

Day.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu təşəbbüs ölkənin İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin dövlət katibi Mişel İliyev tərəfindən "Süni intellektdən təhlükəsiz istifadə edək" adlı milli kampaniyanın təqdimatı zamanı səsləndirilib.

Rəsmi dairələrin fikrincə, belə bir qərar uşaqların rəqəmsal asılılığa meyli, zərərli məzmunla üzləşməsi və azyaşlıların süni intellekt texnologiyalarından nəzarətsiz istifadə etməsi kimi risklərin qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, Avstraliya 2024-cü ilin noyabrında 16 yaşına çatmamış şəxslər üçün sosial mediadan istifadəni qadağan edən ilk ölkə kimi tarixə düşüb.