Finlandiya BMT TŞ-də islahatların aparılmasını və onun genişləndirilməsini dəstəkləyir – XİN
Finlandiya BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını və onun genişləndirilməsini dəstəkləyir.
Day.Az xəbər verir ki, bunu Finlandiya Xarici İşlər Nazirliyinin Avro-Atlantik departamentinin baş direktoru Sari Rautio Münxen Təhlükəsizlik Konfransı ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
"BMT müasir reallıqları nəzərə alaraq islahat aparmalıdır. O, daha çevik, nəticəyönümlü və effektiv olmalıdır. Finlandiya BMT Təhlükəsizlik Şurasının islahatını və onun daimi və qeyri-daimi üzvlər hesabına genişləndirilməsini dəstəkləyir ki, şura mövcud qlobal siyasi və iqtisadi reallıqları daha dolğun əks etdirsin. Əgər biz sülhün əsasını təşkil edən beynəlxalq institutları, o cümlədən Birləşmiş Millətlər Təşkilatını dəstəkləməsək, uğursuzluğa düçar olarıq", - deyə o qeyd edib.
Rautio bildirib ki, Finlandiya BMT-nin fəaliyyətində fəal iştirak edir və bu işi davam etdirmək niyyətindədir.
"Məhz buna görə biz 2029-2030-cu illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyimizi irəli sürmüşük. Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə qaydalara əsaslanan beynəlxalq nizamın kobud şəkildə pozulmasıdır və bu pozuntu BMT Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən davam etdirilir. Bu, təkcə Avropanın müharibəsi deyil. Biz 1945-ci ildən mövcud olan beynəlxalq nizamın sonunun şahidi oluruq. Demokratiya, azadlıq və hüququn aliliyi gələcək nəsillər üçün dünyamızı müəyyən edən dəyərlər olaraq qalması üçün Avropa bu müzakirələrin fəal iştirakçısı olmalıdır",-deyə o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре