https://news.day.az/azerinews/1818266.html Monteneqro Prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək Monteneqro Prezidenti Yakov Milatoviç XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfərə gələcək. Day.Az xəbər verir ki, Trend-in diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Milatoviç Bakıda keçiriləcək forumun növbəti sessiyasında iştirak edəcək.

Monteneqro Prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək

Azərbaycanca, 25 февраля 2026 12:20 (UTC +04:00) 314
Monteneqro Prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək

Monteneqro Prezidenti Yakov Milatoviç XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfərə gələcək.

Day.Az xəbər verir ki, Trend-in diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Milatoviç Bakıda keçiriləcək forumun növbəti sessiyasında iştirak edəcək.

Sessiya çərçivəsində dünya liderləri və siyasətçilər beynəlxalq təhlükəsizlik, dayanıqlı inkişaf və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, 12-14 mart 2026-cı il tarixlərində "Keçid mərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır. 2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzi tərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçün regional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunu oynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrə təsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri və beynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости