https://news.day.az/azerinews/1838921.html PAŞA Kapital investisiya şirkətinə Baş icraçı direktor təyin olunub İsi Mustafayev PAŞA Kapital investisiya şirkətinə Baş icraçı direktor təyin olunub. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üzrə maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfransında məlumat verilib. İsi Mustafayev bundan əvvəl investisiya şirkətinin Baş icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

PAŞA Kapital investisiya şirkətinə Baş icraçı direktor təyin olunub

Azərbaycanca, 3 июня 2026 10:24 (UTC +04:00) 274
PAŞA Kapital investisiya şirkətinə Baş icraçı direktor təyin olunub

İsi Mustafayev PAŞA Kapital investisiya şirkətinə Baş icraçı direktor təyin olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üzrə maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfransında məlumat verilib.

İsi Mustafayev bundan əvvəl investisiya şirkətinin Baş icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, İ.Mustafayev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb.

2000-ci ildən başlayaraq müxtəlif şirkət və banklarda iqtisadçı, departament direktoru kimi aparıcı vəzifələrdə çalışıb. 2021-2022-ci illərdə "Azərpoçt" MMC-nin Baş direktor müavini vəzifəsini icra edib. "Azərpoçt" MMC-nin İdarə Heyətinin üzvü olub və "Azərpoçt" MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости