https://news.day.az/azerinews/1850858.html AKİ üzvləri sədr seçkisi ilə bağlı iclasa qatılmayacaqlar Azərbaycan Kinematoqrafçılar İttifaqının bir qrup üzvü qurumda yeni sədr seçkisi ilə bağlı bildiriş yayıb. Day.Az xəbər verir ki, bildirişdə AKİ-də sədr seçkisinin yalnız müvafiq dövlət qurumlarının apardığı araşdırmalar başa çatdıqdan sonra keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.

AKİ üzvləri sədr seçkisi ilə bağlı iclasa qatılmayacaqlar

Azərbaycanca, 29 июля 2026 15:28 (UTC +04:00) 220
AKİ üzvləri sədr seçkisi ilə bağlı iclasa qatılmayacaqlar

Azərbaycan Kinematoqrafçılar İttifaqının bir qrup üzvü qurumda yeni sədr seçkisi ilə bağlı bildiriş yayıb.

Day.Az xəbər verir ki, bildirişdə AKİ-də sədr seçkisinin yalnız müvafiq dövlət qurumlarının apardığı araşdırmalar başa çatdıqdan sonra keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.

Qeyd olunub ki, 26 may 2026-cı ildə məhdud sayda üzvün iştirakı ilə keçirilən toplantıda İttifaqın icraçı katibi Əli İsa Cabbarov özünün sədr seçildiyini elan edib. Bildiriş müəlliflərinin sözlərinə görə, Ədliyyə Nazirliyi toplantının qanunvericiliyin və AKİ-nin Nizamnaməsinin tələblərinə uyğun keçirilmədiyini, kvorumun təmin olunmadığını və prosedur pozuntularına yol verildiyini müəyyən edib.

Bildirilib ki, bu səbəbdən həmin toplantıda qəbul olunan qərarlar hüquqi qüvvəyə minməyib və Əli İsa Cabbarovun sədr statusu təsdiqlənməyib.

Bildirişdə Hesablama Palatasının AKİ-nin maliyyə fəaliyyətini araşdırdığı da qeyd olunub. İddiaya əsasən, dövlət büdcəsindən İttifaqa ayrılan vəsaitlərin bir hissəsi Katiblik və İdarə Heyəti ilə razılaşdırılmadan xərclənib, bəzi vəsaitlər isə təyinatından kənar məqsədlərə yönəldilib.

Məsələ ilə bağlı iyulun 14-də AKİ İdarə Heyətinin və Katibliyin üzvlərinin, Xalq artistlərinin, Əməkdar incəsənət xadimlərinin, Əməkdar artistlərin, rejissorların, ssenaristlərin, operatorların, kinoşünasların və İttifaqın digər üzvlərinin iştirakı ilə geniş toplantı keçirilib.

Müzakirələrin yekununda Əli İsa Cabbarovun fəaliyyəti ilə bağlı hüquqi araşdırma aparılması üçün Baş Prokurorluğa müraciət edilməsi qərara alınıb.

Bildiriş müəllifləri sədr seçkisinin vaxtını müəyyənləşdirmək məqsədilə çağırılan AKİ İdarə Heyətinin iclasında iştirak etməyəcəklərini açıqlayıblar. Onlar hüquq-mühafizə orqanlarında araşdırmalar davam etdiyi müddətdə yeni sədr seçkisinin keçirilməsini məqbul hesab etmədiklərini bildiriblər.

AKİ üzvləri baş vermiş hallara hüquqi qiymət verildikdən və araşdırmanın nəticələrinə uyğun tədbirlər görüldükdən sonra, təxminən payız aylarında sədr seçkisi məsələsinə qayıtmağı doğru hesab etdiklərini vurğulayıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости