https://news.day.az/azerinews/1841335.html Bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA Milli Hidrometeorologiya Xidmətinin iyunun 14-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanca, 14 июня 2026 10:46 (UTC +04:00) 327
Bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır

Milli Hidrometeorologiya Xidmətinin iyunun 14-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır.

Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Düşən yağıntının miqdarı Şahbuzda 15, Qaxda 13, Balakəndə 9, Gədəbəydə 7, Daşkəsəndə 6, Zaqatala, Ağdamda 5, Naxçıvan, Şəkidə 4, Bərdə, Şərur, Şəmkir, Xaltanda 3, Naftalan, Oğuz, Şamaxı, Xaçmaz, Tərtər, Göyçayda 2, Ceyrançöl, İsmayıllı, Ağsu, Qobustan, Xızı, Quba, Yevlax, Zərdab, Kürdəmir, Goranboy, Sabirabad, Lerik, Şahdağ, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınıb.

İyunun 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Tovuzda 20, Daşkəsən, Naftalanda 18 m/s-yə çatıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости