https://news.day.az/azerinews/1850618.html Barselona metrosundakı yanğından 140-a yaxın insan zərər çəkib Ötən gün İspaniyanın Barselona şəhərinin metrosunda "Klot" və "Qloryes" stansiyaları arasındakı hissədə yanğın baş verib. Yerli KİV-in məlumatına görə, qatarın maşinisti alovu təxminən 50 metr məsafədən görərək təcili əyləcə basıb və fövqəladə xidmətlərə məlumat verib.

Barselona metrosundakı yanğından 140-a yaxın insan zərər çəkib

Azərbaycanca, 28 июля 2026 10:56 (UTC +04:00) 191
Barselona metrosundakı yanğından 140-a yaxın insan zərər çəkib

Ötən gün İspaniyanın Barselona şəhərinin metrosunda "Klot" və "Qloryes" stansiyaları arasındakı hissədə yanğın baş verib.

Yerli KİV-in məlumatına görə, qatarın maşinisti alovu təxminən 50 metr məsafədən görərək təcili əyləcə basıb və fövqəladə xidmətlərə məlumat verib.

Belə hallarda adətən sərnişinlərə yanğınsöndürənlərin gəlməsini gözləmək tövsiyə olunsa da, vaqonları bürüyən sıx tüstü səbəbindən nəfəs almaq mümkün olmayıb. Buna görə sərnişinlər qapıları açaraq tunel boyunca qaçmağa başlayıblar. Yanğın baş verən vaxt metroda təxminən 300 nəfər olub.

 

137 nəfər tənəffüslə əlaqədar problemlərlə üzləşdiyi, onlara ilkin tibbi yardım göstərildiyi bildirilir.

Metro operatoru olan şirkətin direktoru Xavyer Floresin sözlərinə görə, yanğın üzlük konstruksiyasının çökməsi nəticəsində baş verib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости