Ərdoğanın iştirak etdiyi mərasimdə diqqətçəkən an - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Əli əz-Zeydi arasında Beştəpədə keçirilən görüşdən sonra təşkil olunan imza mərasimində diqqətçəkən hadisə baş verib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlərin imzalanması zamanı İraqın nəqliyyat naziri Vəhb Həsəni "İnkişaf Yolu" layihəsi ilə bağlı müqaviləni əvvəlcə imzalamayıb. Canlı yayımlanan mərasimdə yaşanan bu anlar kameralara da əks olunub.
Nazirin sənədi imzalamadığını görən Baş nazir Əli əz-Zeydi vəziyyətə müdaxilə edərək ona müqaviləni iştirakçıların qarşısında imzalamağı tapşırıb. Bundan sonra Vəhb Həsəni sənədi imzalayıb və mərasim problemsiz davam edib.
İlk anda hadisə siyasi fikir ayrılığı kimi qiymətləndirilsə də, sonradan bunun belə olmadığı bildirilib. Məlumata görə, İraq nümayəndə heyəti arasında yaranan texniki anlaşılmazlıq səbəbindən sənədin imzalanması qısa müddət gecikib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре