https://news.day.az/azerinews/1850980.html SEPAH ABŞ-nin müdaxiləsi olduqca Hörmüz boğazının açılmayacağını bildirib İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ tərəfinin müdaxiləsi və hədələri davm etdikcə Hörmüz boğazının açılmayacağını bildirir. Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) məlumatında öz əksini tapıb. SEPAH bildirir ki, ABŞ tərəfinin hədələri və müdaxilələri şəraiti daha da çətinləşdirir və mürəkkəbləşdirir.

SEPAH ABŞ-nin müdaxiləsi olduqca Hörmüz boğazının açılmayacağını bildirib

Azərbaycanca, 30 июля 2026 09:45 (UTC +04:00) 106
SEPAH ABŞ-nin müdaxiləsi olduqca Hörmüz boğazının açılmayacağını bildirib

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ tərəfinin müdaxiləsi və hədələri davm etdikcə Hörmüz boğazının açılmayacağını bildirir.

Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) məlumatında öz əksini tapıb.

SEPAH bildirir ki, ABŞ tərəfinin hədələri və müdaxilələri şəraiti daha da çətinləşdirir və mürəkkəbləşdirir.

"Hörmüz boğazı bizim ərazimizdir. SEPAH-ın hərbi dəniz qüvvələri bu boğaza güclü şəkildə nəzarət edirlər. Minlərlə kilometr uzaqlıqdan gələnlərə müdaxilə etmək icazəsi verilməyəcək", -deyə məlumatda vurğulanır.

 

SEPAH qeyd edib ki, ötən gecə ABŞ-nin dəstəyi ilə iki neft tankeri Hörmüz boğazının təhlükəsiz olmayan hissəsindən keçməyə cəhd edib. Bu tankerlərdən birində güclü yanğından sonra hər iki tanker dərhal geri çəkilib.

Əlavə edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İranda hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz təyyarə qurğuları, sahil müşahidə və müdafiə məntəqələri və dəniz imkanları da daxil olmaqla onlarla hədəfə zərbələr endirilib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости