https://news.day.az/azerinews/1854019.html Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümünə start verilib. Bu, 1992-ci ildən bəri keçirilən Azərbaycanın 35-ci milli çempionatı olub. Budəfəki yarışda adları qeyd olunan 12 komanda iştirak edəcək: "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sabah", "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz", "Zirə".

Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi

Azərbaycanca, 14 августа 2026 22:05 (UTC +04:00) 176
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi

Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümünə start verilib. Bu, 1992-ci ildən bəri keçirilən Azərbaycanın 35-ci milli çempionatı olub. Budəfəki yarışda adları qeyd olunan 12 komanda iştirak edəcək: "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sabah", "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz", "Zirə".

Day.Az xəbər verir ki, turun açılış matçı Tovuz şəhər stadionunda yerli "Turan Tovuz"la "Qəbələ" klubları arasında olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

1-ci turun digər oyunları avqustun 15-16-17 tarixlərində keçiriləcək.

14 avqust

Misli Premyer Liqası 1-ci tur

19:30. "Turan Tovuz" - "Qəbələ" - 1:0 

Qol: Enrike Silva, 35
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Gülnurə Əkbərzadə
Tovuz şəhər stadionu
 
15 avqust

 

18:30. "Araz-Naxçıvan" - "İmişli"

20:45. "Sabah" - "Kəpəz"
 
16 avqust

19:00. "Sumqayıt" - "Neftçi"
 
21:00. "Zirə" - "Şəfa"
 
17 avqust

19:30. "Qarabağ" - "Şamaxı"

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости