https://news.day.az/azerinews/1856573.html
Nepalda daşqın faciəsi: Ölənlərin sayı 626-ya çatıb
Nepalda baş verən dağıdıcı sel və daşqınlar nəticəsində ölənlərin sayı 626-ya yüksəlib. Day.Az CNN-ə istinadən xəbər verir ki, bundan əvvəl ölənlərin sayının 579 olduğu, 2 mindən çox şəxsin isə itkin düşdüyü bildirilmişdi. Fəlakət Nepal-Çin sərhədində buzlaqın çökməsi nəticəsində yaranan güclü selin ardınca baş verib.
Nepalda daşqın faciəsi: Ölənlərin sayı 626-ya çatıb
Nepalda baş verən dağıdıcı sel və daşqınlar nəticəsində ölənlərin sayı 626-ya yüksəlib.
Day.Az CNN-ə istinadən xəbər verir ki, bundan əvvəl ölənlərin sayının 579 olduğu, 2 mindən çox şəxsin isə itkin düşdüyü bildirilmişdi.
Fəlakət Nepal-Çin sərhədində buzlaqın çökməsi nəticəsində yaranan güclü selin ardınca baş verib. Güclü su axını və palçıq kütləsi yaşayış məntəqələrini, yolları, körpüləri və enerji infrastrukturu obyektlərini dağıdıb.
Hazırda bölgədə axtarış-xilasetmə və humanitar yardım əməliyyatları davam etdirilir. Rəsmilər itkin düşən şəxslərin axtarışının çətin relyef və dağıdılmış infrastruktur səbəbindən mürəkkəb olduğunu bildirirlər.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре