https://news.day.az/azerinews/1856649.html "Barselona"nın müdafiəçisi daha bir klubun hədəfindədir "Barselona"nın müdafiəçisi Alexandro Balde "Mançester Yunayted"dən sonra daha bir klubun transfer siyahısına düşüb. "Milan" da ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb. A Seriyası nəhənginin baş məşqçisi Ruben Amorim Baldeni komandasında görmək istəyir.

"Barselona"nın müdafiəçisi daha bir klubun hədəfindədir

Azərbaycanca, 29 августа 2026 14:08 (UTC +04:00) 197
"Barselona"nın müdafiəçisi daha bir klubun hədəfindədir

"Barselona"nın müdafiəçisi Alexandro Balde "Mançester Yunayted"dən sonra daha bir klubun transfer siyahısına düşüb.

"Milan" da ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

 

A Seriyası nəhənginin baş məşqçisi Ruben Amorim Baldeni komandasında görmək istəyir. La Liqa klubu 22 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. Kataloniya təmsilçisinin baş məşqçisi La Liqanın ilk iki matçında İspaniya millisinin üzvünü heyətə daxil etməyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости