https://news.day.az/azerinews/1857168.html Bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət edilib - YENİLƏNİB Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlanması ilə bağlı araşdırma aparılır. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət edilib - YENİLƏNİB

Azərbaycanca, 1 сентября 2026 17:55 (UTC +04:00) 337
Bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası haqqında Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciət edib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb.

"Azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunmuş, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb.
Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb. Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun, müvafiq qaydada tədbirlər görüləcək", - deyə əlavə edilib.

XXX
16:28

Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlanması ilə bağlı araşdırma aparılır.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı ərazi polis şöbəsində təhqiqat araşdırması aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости