https://news.day.az/azerinews/1857799.html Özəl məktəblərin təhsil haqlarının yüksək olmasının səbəbi AÇIQLANDI - VİDEO Məktəblərin açılması ilə valideynlərin qarşısında ən vacib suallardan biri də övladları üçün düzgün təhsil müəssisəsi seçməkdir. Bakıda özəl məktəblərə maraq artsa da, bu məktəblərdə təhsil almağın qiyməti də kifayət qədər yüksəkdir.

Özəl məktəblərin təhsil haqlarının yüksək olmasının səbəbi AÇIQLANDI - VİDEO

Azərbaycanca, 4 сентября 2026 15:46 (UTC +04:00) 145
Özəl məktəblərin təhsil haqlarının yüksək olmasının səbəbi

Məktəblərin açılması ilə valideynlərin qarşısında ən vacib suallardan biri də övladları üçün düzgün təhsil müəssisəsi seçməkdir. Bakıda özəl məktəblərə maraq artsa da, bu məktəblərdə təhsil almağın qiyməti də kifayət qədər yüksəkdir.

Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda 15 özəl məktəbdə illik təhsil haqqı 8-26 min manat arasında dəyişir.

Qiymətlərə məktəbin infrastrukturu, təhlükəsizlik, qidalanma, müasir texnologiyalar, laboratoriyalar, əlavə dərnəklər, xarici dil və beynəlxalq proqramlar təsir edir.

Özəl məktəblərin üstünlükləri sırasında azsaylı siniflər, şagirdə fərdi yanaşma, psixoloji-pedaqoji dəstək və uşağın inkişafının fərdi izlənilməsi də göstərilir.

Ekspertlər valideynlərə məktəb seçərkən yalnız qiymətə və prestijə deyil, təhsil sisteminə, müəllim heyətinin səviyyəsinə və məzunların nəticələrinə diqqət yetirməyi tövsiyə edirlər. Yüksək təhsil haqqı isə avtomatik olaraq yüksək keyfiyyətli təhsil demək deyil.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости