https://news.day.az/azerinews/1859886.html Yeni tədris ilində Bakıda 504 mindən çox şagird təhsil alacaq Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 504 413 şagirdin təhsil alacağı gözlənilir. Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Yeni tədris ilində Bakıda 504 mindən çox şagird təhsil alacaq

Azərbaycanca, 14 сентября 2026 13:20 (UTC +04:00) 208
Yeni tədris ilində Bakıda 504 mindən çox şagird təhsil alacaq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 504 413 şagirdin təhsil alacağı gözlənilir.

Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 999, IX sinfində 49 167, XI sinfində 39 479, XII sinfində isə 99 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə isə 35 043 uşaq cəlb olunub.

Hazırda İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 29 715 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 137 tərbiyəçi-müəllim çalışır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 729 təhsil və 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости