https://news.day.az/azerinews/1860401.html Gürcüstan Azərbaycana yeni səfir təyin edib George Zakaraşvili Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Day.Az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Azərbaycanca, 16 сентября 2026 10:46 (UTC +04:00) 217
Gürcüstan Azərbaycana yeni səfir təyin edib

George Zakaraşvili Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Day.Az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, George Zakaraşvili uzun illər Gürcüstan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və ölkənin diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.

O, 2021-ci ildən Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin GUAM yanında Gürcüstanın daimi nümayəndəsi vəzifələrində fəaliyyət göstərib.

2016-2019-cu illərdə Zakaraşvili Gürcüstanın Rusiya Federasiyasındakı İsveçrə Konfederasiyasının səfirliyində Gürcüstanın Maraqlar Bölməsində nazir-müşavir vəzifəsini tutub. 2012-2016-cı illərdə isə Gürcüstanın Ukraynadakı səfirliyində və GUAM yanında daimi nümayəndəliyində nazir-müşavir vəzifəsində çalışıb.

George Zakaraşvili müxtəlif dövrlərdə Gürcüstan Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində də fəaliyyət göstərib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости